34,2489$% 0.3
37,8249€% 0.12
2.928,43%0,44
4.993,00%0,10
19.906,00%0,08
Şairle: Forud cahangiri – Əvəzullah Səfəri – Həmid Həzrəti
Kaşkayı şivesinde şirler
Dil döğüşü (savaşı)
Bir canlı millətəm özdəş[1] dilim var
Ayrıqsı[2] bir ağaç ayrı gülüm var
Kimsə ki dili var hər nə ser[3] varı
uluslar içində yücə yer varı
dili ki beslədəng[4] şirin danışang[5]
düşmanı döşündə[6] durang çalışang
mən qalan dəğilim Araptan, Tattan
Koroğlu Ayvazı düşməz Qıratdan
mən türkəm dilimdir yolum armanım
varlığım dirliğim kimliğim şanım
oğuzam ağ yüzəm yüzü ağ mənəm
Volkanlı titrəməz dağlı dağ mənəm
mən atam Altaydır kimliğim Urxun
yorulmaz dönməzəm bir axan Ceyhun
mən ottuz milyonam dəli doumrulam
şovunizm başına gerək yomurulam
dörd milyon qaflanam sınmaz[7] ağır El[8]
Qıratlı koroğlu evim çamlı bel
Türkmənəm, Xalacam, Qacar Avşaram
Səksən il ürəkdə azmışdır yaram
Səksən əil olmuşam qacır[9] amacı
susalmış usanmış özgə[10] muhtacı
səkasən il dilimdən yoxur xəbərim
olmuşdur qanlı yaş gözdə səmərim
ama sən usanma yoldaş, arxadaş
mən Türkəm yenilməz Türkünən(ilə) adaş
zənnedmə dörd milyon qaflan dağılır
bir qıha[11] çəksələr yollar açılır
bir nəfəs kafıdır[12] qarlar pozula
yanaqlar, dudaqlar, güləş yazıla
qaşqayı sanki bir gömüş aynadır
mühəbbət bulağı döşdə qaynadır
ta ayna bütündür bir aslan görür
sındırma sındırsang ming şer[13] bağırır
ayıq ol ayılmaz yatanım da var
bir kaslı batlağa batanım da var
mən qafıl sığıldım özge yanına
su tökdüm özgələr değirmanına
ayılıp duşmanı səçing ayırıng
dil ilə bu elə rütbə qayırıng [14]
barışmaz duşmanlar dil duşmanıdır
dilindən qaçan Türk el duşmanıdır
uşaq ki tanımır solu sağını
Anası kor etmiş el ocağını
kim sayar kim gəzir belə[15] milləti
olmuşdur dunyada qurbanlıq əti
hər dördu – beşi bir yerdən asılmış
karvanı soylmuş yollar bosulmuş
dörd milyon san quzzu dört milyon ceyran
şovunizm çəngində[16] yaralı al qan
ama sən bilmirəng hansı kimsədən
ayrıldıng köküngdən bir qola nədən
dörd milyon bağlıdır beşyüz milyona
göz yaşı töksə də çatır ceyhuna
süzülür, düzülür bir sel yaranır
yenilməz, tükənməz bir el yaranır
mən Türkəm öz dilim iftixarıamdır
bir əvrən önüçə naz dil varımdır
kim demiş Qaşqayı dil muhtacıdır
aslanıng quyruğu tilki tacıdır
[1] Özel
[2] Bam başka
[3] İster
[4] (sen)besleden
[5] (sən) konuşan
[6] Karşısında
[7] Kırılmaz, yenilmez
[8] İl,eşiret,kabile,ulus
[9] Olumsuz temsili bir küş türü
[10] yabancı
[11] Feryat,bağırmak
[12] Yeterdır
[13] Aslan
[14] Rütbe qayorung = değerlendirmek
[15] Böyle
[16] Pencesinde
……………………………………………………………….
Kaşkayı şivesinde şirler
Qıflət
yol açdım dağlardan dәnizә çatdım
Qurrudu yox oldu çaylığım mәnim
Bir şirin suyudum şorluğ batdım
Әslindәn düşübdür haylığım mәnim
Heç kimi yoxumdur bir gәlә haya
Gözlәrim yaşlıdır gecәlәr aya
Armanlı baxıram dәnizdәn çaya
Gedmişdir gecәlәr aylığım mәnim
Gәlәydi bir olam sunalar gölü
Dörd yanım göğ çala ceyranlar çölü
Әsilә hәr pәsin bir quzay yeli
Nic(ə) edim gedmişdir yaylığım mәnim
Dalqalar üstünə bir gün qızarır
Gün çalır dәnizdәn bulut qowzanır
Ağ bulut durnaynan dağa uzanır
Baş olub günlәrim saylığım mәnim
Hәmid hәzrәti
……………………………………………………………….
Kaşkayı şivesinde şirler
Qaşqayı
Ücəlmişdir başıng ücə dağ kimin
göynüng göyçək bir səmərli bağ kimin
igidləring quluncu dayaq kimin
dayanmışdır baş ücündə balınga
nə xoşbəxtəng elim xoşa halınga
yaxçılığıng isi gəlir yadıngdan
hələz düşmən dizdən gedir adıngdan
hələz doslar kamı şirin dadıngdan
şirin bal tək dadlı qalmış xatıra
yaddan çıxmaz xoş gün salmış xatıra
işşiq çalır assımanda ulduzung
bəxting oyaq ayaydınlıqdır üzüng
yavər özüng sərdar özüng yar özüng
ağır elim sərdarıngıng adı var
adı sanlı sərdarıngıng yadı var
sənə varlıq sənə sağlıq pay elim
umrung uzaq yaxçılığı say elim
xoş-xəbərlig verəm sənə hay elim
iğidləring hər məsafda hər zaman
gül əkibən yaratmışlar gülüstan
çox aslanıng başı dara tuş olmuş
çox bi panah panahınga qoşulmuş
çox başıngdan yaxçı-yaman baş olmuş
ama hələz ayaq üstü durmuşang
cəfası çox ruzıgarı yormuşang
ağır elim ışşıq üzüng ay çalır
birikmişəg dizlərimə can salır
ıraq edir dərd o mehnət qəm alır
ürəğimə şadlıq salır varlığıng
qaşqa elim qalır, qalır varlığıng
dudaqlarıng nəğməlidir şadlığa
sazlı əling qoşulmuş abadlığa
qışlar gəlmış baş olmuş azadlığa
tazza gələn yazlar bəzər günləring
yaşıl çalar güllü gəzər günləring
səning ışqıng ilmələnmiş canımda
aralanmaz ara düşməz yanımda
qəynamişdir qarışmışdır qanımda
ana təkin hurmətlimdir elimdir
eldən ayrı düşdüg mənə ölümdür
Forud cahangiri
Qaşqayı Türk elində toy törəni – (Kaşkay şivesinde) – Kaşkayı düğünü
Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.