Anasayfa / Siyaset / Ərdəbil Şəhər Şurasının üzvü: Artıq Ərdəbil Əyaləti yaşamaq üçün münasib yer deyil…!

Ərdəbil Şəhər Şurasının üzvü: Artıq Ərdəbil Əyaləti yaşamaq üçün münasib yer deyil…!

Hökumətin Ərdəbil Əyalətində həyata keçirdiyi siyasətin nəticəsində yatırımçıların bölgədən qaçdığını deyən Ərdəbil Şəhər Şurasının üzvü təmsil etdiyi əyalətin ciddi iqtisadi problemlərlə üz-üzə olduğunu bildirib.

Yaqub Əzizzadə bu barədə Ərdəbil Megamal Projesinin təməlqoyma mərasimində danışıb.

Ərdəbil Əyalətinin inkişaf etmədiyini yatırımçılara qarşı laqeyd münasibət və bu sahədəki çətin qanunlarla əlaqələndirən Şura üzvü bölgə əhalisinin iqtisadi vəziyyəti ilə bağlı belə deyib: “Ərdəbil Əyalətinin əhalisi bu nəticəyə çatıb ki, bura yaşamaq üçün münasib yer deyil, onun üçün də daha münasib bir məntəqəyə köçmək lazımdır.”

O əlavə edib ki, ərdəbillilərin gəliri orta hesabla digər əyalətlərin əhalisi ilə müqayisədə yarıdan da azdır.

“Ərdəbil Əyalətində istehsal səviyyəsi çox aşağıdır. Bu problem öz həllini tapmayanadək bölgədə normal həyat mümkün olmayacaq. Əyalətdə sərmayə yatırımı sahəsində də çoxlu problemlər var. Biz istənilən halda yatırımçılara dəstək verib, onların əllərini öpməliyik”- deyə Y.Əzizzadə bəyan edib.

Şəhər Şurasının üzvü təmsil etdiyi əyalətin daha bir problemi kimi vergi dərəcələrinin yüksək olduğunu deyib.

Qeyd edək ki, iqtisadi tənəzzüldən əziyyət çəkən Ərdəbil Əyaləti Güney Azərbaycanın digər əyalətlərindən fərqlənmir. İran rejiminin Azərbaycan Əyalətlərində tətbiq etdiyi yüksək vergi dərəcələri, iş və ticarət sahəsindəki çətin və yararsız qanunlar, ayrı-seçkilik edilərək əyalətlərə normadan az büdcə ayrılması və s. kimi amillər yerli yatırımçıların bölgəni tərk etməsi və yeni yatırımçıların cəlb olunmamasına səbəb olur. Bundan dolayı ortaya çıxan işsizlik isə çox sayda insanın köçməsi ilə nəticələnərək bölgənin demoqrafik tərkibinin dəyişməsi ilə sonuclanır.

hakkımızda Mina

Ayrıca Kontrol Edin

erdoğan

Ortadoğu Basını Cumhurbaşkanı Erdoğan’ın Konuşmasına Geniş Yer Ayırdı

Cumhurbaşkanı Recep Tayyip Erdoğan’ın gazeteci AK Parti grup toplantısında Suudi gazeteci Cemal Kaşıkçı cinayetiyle ilgili yaptığı açıklama, birçok Arap haber ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>