Anasayfa / Kültürel / Güney və quzey azərbaycanlı muğənniləri Tehranda konsert geçirdi

Güney və quzey azərbaycanlı muğənniləri Tehranda konsert geçirdi

Azərbaycanın tanınmış müğənniləri İran paytaxtı Tehranda konsert keçirib.

Daxili İşlər Nazirliyinin salonunda keçirilən “Ayhan” konsertində Güney Azərbaycandan Haşim İslamiyan və Quzey Azərbaycandan Əməkdar artist Baloğlan Əşrəfov, müğənni Elçin Hüseynov və meyxanaçı Namiq Qaraçuxurlu Azərbaycan mahnıları ilə çıxış ediblər.

Cümə günü keçirilən konsertin ssenari müəllifi Yaşar Azərtaş olub.

Konsertin başlanğıcında Haşim (Ayhan) İslamiyan “Maral” adlı albomundan bir neçə Azərbaycan mahnısı ifa edib. Güneyli müğənni “o gözəl xanımdı” musiqi parçasını xüsusi zövqlə səsləndirib.

H.İslamiyandan sonra Baloğlan Əşrəfon “Ay uçan quşlar”, “Şəlalə”, “Ana” və “nədəndir” mahnılarını ifa edib.

Elçin Hüseynov isə “Evlənmirəm”, “Dağlara gedəndə”, “Babam”, “Bir maral” və “Ana” mahnıları ilə musiqisevərləri coşdurub. Ən sonda isə Namiq Qaraçuxurlu “Qəlbimdə vurdu”, “Papanın gül balası” və “Rivayət” kimi musiqi parçalarını ifa edərək konserti izləyən güneyli musiqisevərləri həyəcanlandırıb.

Yuxarıda adları çəkilən müğənnilər ilk konsertlərini 2017-ci il sentyabrın 28-də Tehranda keçiriblər.
H.İslamiyan Güney Azərbaycanın tanınmış müğənnilərindən biridir. O Tehran, Təbriz, Ərdəbil, Zəncan və Urmiyə şəhərləri, həmçinin Türkiyə və Azərbaycan Respublikası kimi ölkələrdə dəfələrlə səhnəyə çıxıb.

hakkımızda Mina

Ayrıca Kontrol Edin

770x406-iran-ulkedeki-en-populer-uygulama-olan-telegramin-lisansini-iptal-etti-1524758048748

İran’dan Instagram’a son uyarı

İran devlet televizyonunda yayımlanan bir programa katılan Firuzabadi, Instagram yöneticileriyle şu ana kadar birkaç kez ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>