Anasayfa / Spor / “Traxtur”un görüşündə milli şüarlar səsləndirilib – Buşehrdə

“Traxtur”un görüşündə milli şüarlar səsləndirilib – Buşehrdə

Təbrizin “Traxtur” futbol komandası ilə Buşehrin “Pars Cənubi Cəm” takımının görüşü zamanı milli şüarlar səsləndirilib.

Super liqa yarışlarının 24-cü həftəsində keçirilən görüş 1:1 bərabər hesabla başa çatıb. Oyun fevralın 24-də Buşehrin Təxti stadionunda baş tutub.

Görüş zamanı stadionda təxminən 3 min nəfər izləyici qismində iştirak edib.

Stadionda Qaşqay türkləri, Azərbaycan türkləri ilə çiyin-çiyinə mübarizə apardıqlarını bir daha sübut ediblər. Soydaşlarımız oyunun 15-ci dəqiqəsində “Türk dilində mədrəsə – Olmalıdır hər kəsə” şüarı ilə stadionu lərzəyə gətirib, bir daha ana dilində təhsil və konstitusiyanın 15-ci maddəsinin icrasını tələb ediblər.

“Traxtur” tərəfdarları həmçinin doğma vətənə olan sevgilərini “Sən çağırsan gələrəm mən sən yaşa Azərbaycan – Eybi yoxdur ölərəm mən sən yaşa Azərbaycan…” məşhur marşı səsləndirməklə dilə gətiriblər.

Bu görüşdə də “Traxtur” tərəfdarlarına stadiona türkcə yazılmış bannerləri aparmağa icazə verilməyib. Buna baxmayaraq qaşqay türkləri bir neçə banner nümayiş etdirərək sevimli komandalarına dəstək veriblər.

“Traxtur”un görüşündə milli şüarlar səsləndirilib – Buşehrdə
“Traxtur”un görüşündə milli şüarlar səsləndirilib – Buşehrdə
“Traxtur”un görüşündə milli şüarlar səsləndirilib – Buşehrdə
“Traxtur”un görüşündə milli şüarlar səsləndirilib – Buşehrdə

hakkımızda Mina

Ayrıca Kontrol Edin

5bbf1f6eeb10bb3fdc6fe1cb

Alanya Belediyespor’a İranlı transfer

ALANYA Belediyespor 1. Lig Erkek Voleybol Takımı’na İranlı Behzad Haddadee’yi transfer etti. Alanya Belediyespor 1. ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>